
Gizlənpaç
Tərk edilmiş Qaranlıq şəhərin xarabalıqlarında uşaqlar arasında gizli bir adət dolaşır. Hər il bura toplaşan azyaşlılar gizlənpaç oynamağa başlayırlar. Şayiələrə görə, oyun vaxtı qaranlıqdan ölüm zühur edir və kölgələrin arasından bədheybət qüvvələr peyda olur.
Bu dəfə isə qaydalar pozulur və meydana yeddi yox, səkkiz tülkü maskalı iştirakçı çıxır. Hikora keçən ilki oyunda itkin düşən bacısını tapmaq üçün dostu Yaimao ilə birlikdə bu addımı atır. Nosiqa və yoldaşları, deyilənlərin uşaq nağılı olduğunu sübut etmək istəyən Tatidzi ilə Suku, niyyəti bilinməyən əkizlər İmmu və Yanku, eləcə də Hikoraya qəribə dərəcədə tanış gələn sirli qız şəhərin dərinliklərinə doğru addımlayır.
«Gizlənpaç» (Kakurenbo) adlı qısametrajlı yapon animesi 2005-ci ildə «Yamato Works» studiyası tərəfindən istehsal olunub. Quruluşçu rejissoru Syuhey Morita olan filmin əsas obrazlarını Den Qrin, Mika İsibasi, Akiko Kobayasi və Ryo Naito səsləndirib.
«Gizlənpaç» onlayn izlə
Anime haqqında
- Buraxılış tarixi
- 8 oktyabr 2004
- Ölkə
- Yaponiya
- Rejissor
- Shuhei Morita
- Studiya
- Yamato Works
- Shikimori
- Shikimori səhifəsi ↗
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar birsəsli
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 25 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın