
Atəşfəşanlığa necə baxmalı
Yay günlərinin birində altıncı sinif şagirdləri arasında göydə partlayan fişənglərin forması barədə mübahisə yaranır. Uşaqlar atəşfəşanlığın əslində yastı, yoxsa dairəvi olduğunu aydınlaşdıra bilmirlər. Həqiqəti öyrənmək üçünsə bu mənzərəyə hansı tərəfdən baxmaq lazım olduğunu anlamaq gərəkir.
Eyni vaxtda onların sinif yoldaşı Nazuna Oikava anasının yenidən ərə getməsi səbəbindən çətin günlər keçirir. Ailəsindəki bu vəziyyətlə barışmaq istəməyən qız evdən qaçmağı planlaşdırır. O, bu səfərdə ona yoldaşlıq etməsi üçün oğlanlardan birini seçmək qərarına gəlir.
2017-ci ildə nümayiş olunan Yaponiya istehsalı «Uchiage hanabi, shita kara miru ka? Yoko kara miru ka?» tammetrajlı animesi meladram və fentezi janrındadır. Ekran işinin rejissorları Yukihiro Miyamoto və Akiyuki Shinbo, əsas rolların səsləndiriciləri isə Suzu Hirose, Masaki Suda, Mamoru Miyano və Shintaro Asanumadır.
«Atəşfəşanlığa necə baxmalı» onlayn izlə
Anime haqqında
- Buraxılış tarixi
- 18 avqust 2017
- Ölkə
- Yaponiya
- Rejissor
- Yukihiro Miyamoto, Akiyuki Shinbo, Nobuyuki Takeuchi
- Janr
- Studiya
- Shaft
- Shikimori
- Shikimori səhifəsi ↗
- Keyfiyyət
- 720p
- Tərcümədə
- KANSAI, AniDUB
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın