
Teddy Boom!
Təcrübəli oğru Maks nadir yaqut daşını ələ keçirir və onu gizlicə ölkədən kənara çıxarmağı planlaşdırır. Qiymətli daşı gizlətmək üçün o, uşaqların çox sevdiyi Boom adlı yumşaq ayı oyuncağından istifadə edir. Lakin gözlənilməz xəta ucbatından düşünülmüş plan tamamilə pozulur.
İçində daş olan oyuncaq təsadüfən oyuncaq mağazasına düşür və vitrində yer alır. Yaqutun sehrli gücü mağazadakı bütün digər oyuncaqları canlandırır. Maks canlanan Boomu axtarıb tapmalı və sehirli daşı nəyin bahasına olursa-olsun geri qaytarmalıdır.
«Teddy Boom!» adlı ailəvi animasiya filmi 2021-ci ildə Rusiyada istehsal olunub. Cizgi filminin rejissorları Denis Çernov və İlya Kupriyanovdur. Əsas rolları Mixail Xrustalyov, Kseniya Brjezovskaya, Aleksandra Borisova və Vladimir Maslakov səsləndirib.
«Teddy Boom!» onlayn izlə
Cizgi filmi haqqında
- Buraxılış tarixi
- 18 noyabr 2021
- Ölkə
- Rusiya
- Rejissor
- Denis Çernov, İlya Kupriyanov
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 0+bütün tamaşaçılar üçün
- Müddət
- 70 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın