
Barbi Ada Şahzadəsi Rolunda
Gəmi qəzasından sonra balaca Rozella kimsəsiz bir adaya düşür. Burada o, xeyirxax heyvanların — qırmızı panda Saqi, tovuzquşu Ayzal və körpə fil Tikanın əhatəsində böyüyür. Rozella vəhşi təbiətin qoynunda onlarla birlikdə danışmağı və mahnı oxumağı öyrənir.
Şahzadə Antonionun bu tropik məkana gəlişi gənc qızın həyatını dəyişir. Yeni aləmi kəşf etmək istəyən Rozella şahzadə ilə birlikdə saraya getməyə qərar verir. Lakin sivilizasiya ilə tanışlıq zamanı o və dostları saray daxilində gizli fitnə-fəsadların qurulduğunu öyrənirlər.
«Barbie as the Island Princess» cizgi filmi 2007-ci ildə ABŞ, Kanada və Çexiyanın birgə istehsalı kimi təqdim edilmişdir. Rejissoru Qreq Riçardson olan ailəvi ekran əsərində obrazları Kelli Şeridan, Melissa Layons, Alessandro Culiani və Kristofer Qeyz səsləndirmişdir.
«Barbi Ada Şahzadəsi Rolunda» onlayn izlə
Cizgi filmi haqqında
- Buraxılış tarixi
- 15 sentyabr 2007
- Rejissor
- Qreq Riçardson
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Dublyaj, Детский
- Yaş
- 0+bütün tamaşaçılar üçün
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın