
Émilie Jolie
Sarışın və mavi gözlü balaca Emili yeni məktəbdəki ilk dərs günü öncəsi güclü həyəcan keçirir. O, tanımadığı mühitdə dost tapıb-tapmayacağı barədə düşünür. Qızcığaz həm də çox istəyir ki, işləri başından aşan atası vaxt tapıb həmin mühüm səhər onu məktəbə özü yola salsın.
Qızının kədərli olduğunu görən ana qutulardan vaxtilə oxuduğu köhnə nağıl kitabını çıxarır. Əsər acgözlüyü ucbatından qəddar cadugərin tələsinə düşən mavi dovşan Jilberdən bəhs edir. Oxuyarkən yuxuya gedən Emili üçün nağıl dünyası davam etməyə başlayır.
«Émilie Jolie» adlı Fransa istehsalı olan ailəvi cizgi filmi 2011-ci ildə nümayiş olunub. Layihənin rejissorluğunu Filipp Şatel və Fransis Nilsen həyata keçirib, səsləndirmədə isə Kamill Timmerman, Fransua-Ksavye Demezon və Eli Semun iştirak ediblər.
«Émilie Jolie» onlayn izlə
Cizgi filmi haqqında
- Buraxılış tarixi
- 28 avqust 2011
- Ölkə
- Fransa
- Rejissor
- Filipp Şatel, Fransis Nilsen
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 0+bütün tamaşaçılar üçün
- Müddət
- 72 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın