
Espíritu del bosque
Nüfuzlu bir iş adamı təbiətin qoynundan keçəcək magistral yol salmağa hazırlaşır. Fürsətdən istifadə edən qəddar xanım D'Abondo isə Canlı meşəni tamamilə məhv etmək istəyir. Təhlükə altında qalan qoca Palıd və digər ağaclar canlarını qurtarmaq üçün heyvanlara bu ərazidən uzaqlaşmağı məsləhət görür.
Furi və Linda adlı köstəbəklər, eləcə də siçan Piorno mübarizəsiz təslim olmaq fikrində deyillər. Tezliklə şəhərdən meşəyə təzəcə köçmüş qorxaq Sebolo, igid Pələngin rəhbərlik etdiyi vəhşi pişiklər dəstəsi və hətta zəhlətökən milçəklər Hi-Hi ilə Ho-Ho da onlara qoşulur. Düşmənlərinin qorxulu kabuslardan çəkindiyini anlayan Furi meşənin mühafizəkar Ruhunu oyatmağı qərara alır.
2008-ci ildə nümayiş olunan «Espíritu del bosque» ailəvi macəra cizgi filmi ABŞ və İspaniya istehsalıdır. Layihənin rejissor kürsüsündə Devid Rubin əyləşib.
«Espíritu del bosque» onlayn izlə
Cizgi filmi haqqında
- Buraxılış tarixi
- 12 sentyabr 2008
- Rejissor
- Devid Rubin
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 0+bütün tamaşaçılar üçün
- Müddət
- 106 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın