
Serafimanın qeyri-adi səyahəti
Balaca Sima Voskresenskaya müharibənin ilk günlərində valideynlərini itirərək kimsəsizlər evinə düşür. Doğmalarından qalan yeganə xatirə kimi o, boynundakı kiçik xaçı hamıdan gizli saxlayır.
Bir gün Sima Rita adlı bir qızla tanış olur və o, binada saysız-hesabsız sirlərin, eləcə də ruhların mövcudluğunu iddia edir. Ritanın pilləkən altındakı otağa getmək təklifi Simanın həyatını dəyişir. Bu addım ona həm uşaq evinin gizlinlərini üzə çıxarmağa, həm də valideynlərinin aqibətini öyrənməyə imkan yaradır.
«Serafimanın qeyri-adi səyahəti» adlı bu cizgi filmi 2015-ci ildə Rusiyada çəkilib. Ekran əsərinin quruluşçu rejissoru Sergey Antonovdur, personajları isə Aleksandr Mixaylov, Alina Mixaylova, Viktoriya Drobina və Vera Vasilyeva səsləndirib.
«Serafimanın qeyri-adi səyahəti» onlayn izlə
Cizgi filmi haqqında
- Buraxılış tarixi
- 27 avqust 2015
- Ölkə
- Rusiya
- Rejissor
- Sergey Antonov
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 6+6 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 75 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın