
Bremen quldurları
On səkkiz il əvvəl baş verən saray çevrilişindən sonra krallıqda idarəçilik acgöz nazirlərin əlinə keçdi. Həmin vaxtdan bəri ölkə yoxsulluğa qərq olub, yerli sakinlər isə qəddar qanunlardan və kral keşikçilərindən qorxu içində yaşayırlar.
Rejimə qarşı çıxmağa cəsarət edən yeganə qəhrəman isə Robin Qud kimi tanınan Trubin Quddur. O, sadiq dostları — Ziqmund adlı pişik, Baskervil ləqəbli it, Qretxen adlı eşşək və xoruz Petruçço ilə birlikdə nazirləri qarət edərək var-dövləti ehtiyacı olanlara paylayır və krallığa əvvəlki firavanlığı qaytarmaq istəyir.
«Bremen quldurları» cizgi filmi 2016-cı ildə Rusiya və Ukrayna istehsalı kimi işıq üzü görüb. Rejissor Aleksey Lukyançikovun ərsəyə gətirdiyi musiqili ailəvi macərada rolları Maksim Matveyev, Dina Qaripova, Natalya Podolskaya və Aleksandr İvanov səsləndiriblər.
«Bremen quldurları» onlayn izlə
Cizgi filmi haqqında
- Buraxılış tarixi
- 1 dekabr 2016
- Rejissor
- Aleksey Lukyançikov
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 6+6 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 73 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın