
Lamiyanın poeması
On iki yaşlı Lamiya vətəndaş müharibəsinin viran qoyduğu Hələb şəhərində anası ilə birlikdə yaşayır. Evə gələn müəllimi qıza XIII əsr mütəfəkkiri Cəlaləddin Ruminin şeirlər toplusunu bağışlayır. Bu misraları oxuyan qəhrəman yuxularında monqol hücumundan xilas olmağa çalışan gənc Rumi ilə qarşılaşır.
Şiddətli bombardmanlar doğma şəhərdə qalmağı təhlükəli etdikdə ana və bala evi tərk etmək məcburiyyətində qalırlar. Sığınacaq axtaran ailə çətinliklərlə dolu uzun bir yola çıxır. Keçmişlə indiki zaman arasında qurulan xəyali bağ balaca Lamiyaya bu səfərdə mənəvi güc verir.
ABŞ və Kanada istehsalı olan «Lamya's Poem» cizgi filmi 2021-ci ildə nümayiş olunub. Macəra ekran işinin quruluşçu rejissoru Alexander Kronemerdir. Əsas obrazları Mena Massoud, Faran Tahir, Millie Davis və Raoul Bhaneja səsləndirib.
«Lamiyanın poeması» onlayn izlə
Cizgi filmi haqqında
- Buraxılış tarixi
- 14 iyun 2021
- Rejissor
- Alexander Kronemer
- Keyfiyyət
- 720p
- Tərcümədə
- яскъер (Jaskier), Peşəkar çoxsəsli
- Müddət
- 89 dəq.
- Mükafatlar
- qələbə: 0 · nominasiya: 1
Rollarda
Mükafatlar və nominasiyalar
- 🎗Annecy Cristal for a Feature FilmNominasiya · 2021
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın