
Tvitinin dünya səyahəti
Heyvanların ağlı barədə yaranan mübahisə gözlənilməz bir mərc ilə nəticələnir. Polkovnik Rimfayr pişiklərin ən ağıllı canlılar olduğunu iddia etsə də, Nənə uşaq parkını xilas etmək naminə bu fikrə qarşı çıxır. O, balaca Tvitinin səksən gün ərzində dünyanı başdan-başa gəzib səksən müxtəlif pişiyin pəncə izini toplayacağına dair mərcə girir.
Sarı quş qarşıya qoyulan vəzifəni yerinə yetirmək üçün qitələrarası yola düşür. Əzəli ovunu heç kimə vermək istəməyən pişik Silvestr isə başqa bir pişiyin Tvitini tuta biləcəyi fikrinə dözmür. Beləliklə, o da sarı quşun arxasınca düşərək bütün dünyanı addım-addım gəzməyə başlayır.
ABŞ istehsalı olan «Tweety's High-Flying Adventure» adlı cizgi filmi 2000-ci ildə işıq üzü görüb. Rejissor kürsüsündə Karl Torc və Çarlz Visser əyləşib, əsas obrazları isə Co Alyaski, Ceff Bennet, Culi Bernşteyn və Stiven Bernşteyn səsləndirib.
«Tvitinin dünya səyahəti» onlayn izlə
Cizgi filmi haqqında
- Buraxılış tarixi
- 12 sentyabr 2000
- Ölkə
- ABŞ
- Rejissor
- Karl Torc, Çarlz Visser, Ceyms T. Uolker
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası, ZeroVoice
- Müddət
- 72 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın