
İtlərə və italyanlara giriş qadağandır
İyirminci əsrin əvvəllərində İtaliyanın şimalındakı Uqettera kəndində yaşayan ailə üçün dolanışıq getdikcə çətinləşir. Çıxış yolu axtaran Luici doğmalarını toplayaraq Alp dağlarını aşır və Fransaya üz tutur. Qürbətdə ailəni sıfırdan başlanan yeni və məşəqqətli bir həyat gözləyir.
İllər sonra Luicinin nəvəsi babasının və qohumlarının keçdiyi yolu xatırlayaraq onların başına gələnləri canlandırır. «İtlərə və italyanlara giriş qadağandır» cizgi filmi başqa ölkəyə köçən italyan mühacirlərinin üzləşdiyi problemləri və çətinlikləri təsvir edir.
2022-ci ilin ailəvi tarixi dramını Alen Uqetto ərsəyə gətirib; o, eyni zamanda səsləndirmədə Arian Askarid, Stefano Paqanini və Dieqo Culiani ilə bərabər yer alıb. Əsər Fransa, İtaliya, İsveçrə, Belçika və Portuqaliyanın birgə istehsalıdır.
«İtlərə və italyanlara giriş qadağandır» onlayn izlə
Cizgi filmi haqqında
- Buraxılış tarixi
- 15 iyun 2022
- Ölkə
- Fransa, İtaliya, İsveçrə, Belçika, Portuqaliya
- Rejissor
- Alen Uqetto
- Keyfiyyət
- 720p
- Tərcümədə
- TVShows
- Müddət
- 70 dəq.
- Mükafatlar
- qələbə: 1 · nominasiya: 1
Rollarda
Mükafatlar və nominasiyalar
- 🏆European Film Award for Best Animated Feature FilmQalib · 2022
- 🎗Annecy Cristal for a Feature FilmNominasiya · 2022
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın