
The Pout-Pout Fish
Daim qanıqara gəzən cənab Balıq məhz bu xasiyyətinə görə qonşuları tərəfindən Məyus Balıq ləqəbini alıb. Dağılan evi dəniz atı Pipanın mənzilinin üstünə düşdükdən sonra onların yolları birləşir. Pipa onu arzuları gerçəkləşdirən əfsanəvi balıq Parıltını axtarmağa razı salır.
Sualtı səyahət zamanı məlum olur ki, başqa dəniz sakinləri də möcüzəvi varlığı tapmaq və istəklərinə çatmaq niyyətindədir. Lakin çox keçmədən aydınlaşır ki, sehrli Parıltı uzun illər ərzində yalnız tək bir arzunu həyata keçirə bilir. Beləliklə, qəhrəmanlar digər sakinlərlə qarşı-qarşıya qalırlar.
«The Pout-Pout Fish» cizgi filmi ABŞ və Avstraliya kinematoqrafçılarının birgə işidir, layihənin rejissor kürsüsündə Rikard Kusso və Rio Herrinqton əyləşiblər. Əsas personajları Nik Offerman, Nina Oyama, Miranda Otto və Remi Hay səsləndiriblər. Komediya və macəra janrında olan animasiya ekranlara 2026-cı ildə çıxıb.
«The Pout-Pout Fish» onlayn izlə
Cizgi filmi haqqında
- Buraxılış tarixi
- 1 yanvar 2026
- Ölkə
- ABŞ, Avstraliya
- Rejissor
- Rikard Kusso, Rio Herrinqton
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, Paragraph Media
- Yaş
- 6+6 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 92 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın