
Vəhşilər
On bir yaşlı Keriya Borneo adasında, tropik meşələrin yaxınlığında atası ilə birlikdə böyüyür. Qızcığaz vaxtilə dünyasını dəyişmiş anasının mənsub olduğu yerli punan xalqının keçmişi ilə o qədər də maraqlanmır. Lakin babası və müstəqil xarakterə malik balaca əmisi oğlu Selainin onların evinə gəlməsi vəziyyəti dəyişir.
Meşədə yaşayan qohumlarının həyatı ciddi təhlükə altına düşür, çünki ağac tədarükü ilə məşğul olan şirkətlər ərazidə kütləvi qırıntılara başlayır. Keriya doğmalarının üzləşdiyi bu fəlakətə laqeyd qala bilmir. O, ailəsinə dəstək olmaq və meşəni qorumaq üçün hərəkətə keçməyə qərar verir.
«Vəhşilər» animasiya filmi rejissor Klod Barras tərəfindən Böyük Britaniya, Fransa, İsveçrə və Belçika kinematoqrafçılarının birgə istehsalı ilə ərsəyə gətirilib. 2024-cü ildə təqdim olunan ailəvi layihənin əsas personajlarını Babett De Koster, Marten Verse, Letisiya Doş və Benua Pulvord səsləndirib.
«Vəhşilər» onlayn izlə
Cizgi filmi haqqında
- Buraxılış tarixi
- 18 may 2024
- Ölkə
- Böyük Britaniya, Fransa, İsveçrə, Belçika
- Rejissor
- Klod Barras
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 87 dəq.
- Mükafatlar
- qələbə: 0 · nominasiya: 1
Rollarda
Mükafatlar və nominasiyalar
- 🎗European Film Award for Best FilmNominasiya · 2024
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın