
İvan Çareviç və Boz Qurd 3
Üçdoqquzuncu padşahlığın hökmdarı yüz əlli illik yubileyini qeyd edir və dövlət işlərindən birdəfəlik uzaqlaşmaq qərarına gəlir. Tacını qoyan sabiq padşah kəndə, balıq tutmağa yollanır. Ölkəni qorumaq isə İvanla Boz Qurda tapşırılır. Lakin İvanın xanımı Vasilisa toydan sonra heç yerə getmədiklərini xatırladaraq xaricə səyahət tələb edir.
Yoldaşını dinləyən İvan, Vasilisa, Alim Pişik və Boz Qurd sehrli xalçaya minib Milan və Paris kimi şəhərlərə uçurlar. Dövlətin başında isə müvəqqəti olaraq adi bir bostan müqəvvasını qoyurlar. Dostlar uzaq ölkələri gəzdikləri müddətdə bu müqəvva qəfil canlanır və ölkədə öz qanunlarını tətbiq etməyə başlayır.
«İvan Çareviç və Boz Qurd 3» adlı Rusiya cizgi filmi 2015-ci ildə ekranlara çıxıb. Nağıl silsiləsinin bu hissəsinə rejissor Darina Şmidt rəhbərlik edib. Personajları Nikita Yefremov, İvan Oxlobıstin, Mixail Boyarski və Aleksandr Boyarski səsləndirib.
«İvan Çareviç və Boz Qurd 3» onlayn izlə
Baxış ardıcıllığı
«İvan Sareviç və Boz Qurd» — bütün hissələrCizgi filmi haqqında
- Buraxılış tarixi
- 18 iyun 2016
- Ölkə
- Rusiya
- Rejissor
- Darina Şmidt
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 6+6 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 76 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın