
Mən sizi başa düşdüm
1961-ci ilin aprel ayında Əlcəzairdə qanlı müharibə davam edir. «Je vous ai compris» cizgi filmi bu tarixi hadisələri dörd fərqli gəncin taleyi üzərindən təqdim edir. Yenicə orduya çağırılan və cəmi altı aydır xidmət edən Jako müharibənin uşaq oyunu olmadığını dərk edir. Axsaqlığından utanan Toma isə hər şeyə rəğmən desantçı olmaq arzusundadır.
Münaqişənin digər tərəfində isə fərqli amallar uğrunda mübarizə aparan gənclər var. Malika öz ölkəsinin azadlığı və müstəqilliyi naminə fəaliyyət göstərir. Sara isə Əlcəzairdəki kafelərdən birində terror törətmək istəyən daxili səslərlə və tərəddüdlərlə mübarizə aparmağa çalışır.
Fransa istehsalı olan bu dramatik animasiya filminin rejissoru Frank Şişdir. 2012-ci ildə ekranlara çıxan ekran əsərinin əsas obrazlarını Karil Elqrişi, Fransua Deblok, Demien Zanozo və Məhəmməd Fellaq səsləndirib.
«Mən sizi başa düşdüm» onlayn izlə
Cizgi filmi haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın