
Hanna və bədheybətlər
Monstervil insanlarla yanaşı yaşamaqdan yorulan müxtəlif bədheybətlərin sığındığı qapalı bir məkandır. Qəribə varlıqlar kənar gözlərdən uzaqda öz qaydaları ilə dinc ömür sürməyə çalışırlar. Uzun illər boyu onların bu gizli dünyasından heç kimin xəbəri olmur.
Hanna adlı balaca qız gözlənilmədən bu qəsəbəyə daxil olanda vəziyyət kökündən dəyişir. İnsan övladının gəlişi Monstervilin təhlükəsizliyini şübhə altına qoyur və bütün sakinlər üçün gözlənilməz problemlər yaradır. Qəsəbə əhalisi qorxduqları təhlükə ilə üz-üzə qalır.
«Hanna və bədheybətlər» («Hanna y los monstruos») adlı macəra cizgi filmi 2023-cü ildə İspaniyada çəkilib. Ekran işinin rejissoru Lorena Aresdir, obrazları isə Savanna Fort, Pep Papell, Ana Orra və Oriol Rafel səsləndirib.
«Hanna və bədheybətlər» onlayn izlə
Cizgi filmi haqqında
- Buraxılış tarixi
- 21 aprel 2023
- Ölkə
- İspaniya
- Rejissor
- Lorena Ares
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, OnisFilms
- Yaş
- 6+6 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 80 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın