
Amrit
Həyat yoldaşını itirən Kamla adlı yaşlı qadın ərinin şərəfinə adlandırdığı böyük evdə yaşayır. O, oğlu Virendra, gəlini Rekha və nəvəsi Sunita ilə bir yerdə qalır. Doğmaları bütün ev işlərini, təmizliyi və yemək bişirməyi onun üstünə atıb. Oğlunun laqeydliyi və gəlininin daimi giley-güzarları arasında Kamlanın yeganə təsəllisi sevimli nəvəsi olur.
Qonşuluqda isə oxşar vəziyyətdə olan başqa bir qoca ömür sürür. Qəzada arvadını itirmiş dul Amrit Lal Şarma oğlu Madan, gəlini Punam və nəvəsi Rahul ilə qalır. Doğma ailəsi Amritə yük kimi baxır, onu havayı çörək yeməkdə qınayır, gəlini isə qayınatasına xidmətçi kimi davranır. Bu evdə də qocaya təmiz qəlbdən yanaşan yeganə insan balaca nəvəsidir.
«Amrit» ailə dramı filmi 1986-cı ildə Hindistanda istehsal olunub. Rejissor Mohan Kumarın çəkdiyi kinolentin baş rollarında Raceş Khanna, Smita Patil, Aruna İrani və Daljit Kaur çıxış edirlər.
«Amrit» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 iyun 1986
- Ölkə
- Hindistan
- Rejissor
- Mohan Kumar
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Bollywood HD
- Müddət
- 137 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın