
Jaane Jigar
Məşhur müğənni Ravi yetim böyüsə də, ona analıq edən qadının sayəsində gənc yaşlarından qeyri-qanuni döyüşlərdə vuruşan Vicay ilə qardaş kimi bir yerdə boya-başa çatıb. İllər keçsə də, bu iki dost bir-birinə arxa durmağa davam edir. Lakin hər ikisi sevgililərini tapdıqdan sonra aralarındakı münasibət gözlənilməz sınaq qarşısında qalır.
Gənclər sevdikləri qadınların bir-birinə əkiz kimi bənzədiyindən xəbərsizdirlər. Ravi varlı ailədən olan Mina adlı qıza könül verdiyi halda, Vicay Londondan gəlmiş Minu adlı gözələ aşiq olur. Qızların zahiri oxşarlığı və adlarının səslənməsi dostlardan birinin yanlış qənaətə gəlməsinə və sevgilisinin digəri ilə görüşdüyünü zənn etməsinə gətirib çıxarır.
1998-ci ildə Hindistanda istehsal olunmuş «Jaane Jigar» filmi dram, komediya və ailə mövzularını birləşdirir. Ekran əsərinin quruluşçu rejissorları Erşad Xan və Talat Yanidir. Baş rolları Ceki Şroff, Əyub Xan, Mamta Kulkarni və Manek Bedi canlandırıblar.
«Jaane Jigar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 fevral 1998
- Ölkə
- Hindistan
- Rejissor
- Erşad Xan, Talat Yani
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Гумрал
- Müddət
- 175 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın