
Televizoru söndürməyi unutmayın
Altıyaşlı Qoşanın valideynləri ezamiyyətə yollanarkən oğullarını əvvəlki kimi «Zarya» xidmət bürosunun işçilərinə tapşırırlar. Bu dəfə uşağa baxmaq pedaqoji institutun tələbəsi Saşa Bıstrovaya həvalə olunur. Həssas və işinə can yandıran dayəsinə tezliklə isinişən oğlan ona böyük sirrini açır: axşam nağıllarını aparan teleaparıcı İlya Qurov vaxtilə onları tərk etmiş doğma atasıdır.
Qoşanın kişi tərbiyəsinə və qayğısına çox ehtiyac duyduğunu anlayan Saşa bu vəziyyətlə barışmaq istəmir. Gənc tələbə dağılmış bu ailəni yenidən bir araya gətirmək üçün hərəkətə keçir.
«Ne zabudte vyklyuchit televizor» adlı sovet ailəvi komediya filmi 1986-cı ildə ekranlara çıxıb. Nikolay Lukyanovun quruluş verdiyi kinolentin baş rollarını Georgi Belenki, Yevgeni Steblov, İrina Metlitskaya və Rostislav Yankovski canlandırıblar.
«Televizoru söndürməyi unutmayın» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 fevral 1987
- Ölkə
- SSRİ
- Rejissor
- Nikolay Lukyanov
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 82 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın