
Paraya Ghar
Arun və sevgilisi Aşanın birgə səfəri gözlənilməz avtomobil qəzası ilə nəticələnir. Hadisədən sonra gənclər bir-birini itirirlər. İflac olan Aşa bu vəziyyətdə sevdiyi insanın qarşısına çıxmaqdan çəkinir, Arun isə nişanlısının həlak olduğunu düşünür. Beləliklə, o, dostu Civanın bacısı ilə evlənir. Həmin ərəfədə Aşanı müalicə edən həkim Rameş də dostu Vinodun bacısı ilə məcburi nikaha daxil olur.
Şəhərdə baş verən zəlzələ bütün planları alt-üst edir. Fəlakət zamanı gəlinini itirən Rameş evinə qayıdanda anasının onu yenidən evləndirmək istədiyini öyrənir. Arunun xanımı Mina sağ qalsa da, evdə kişini xanımı ilə bağlı gözlənilməz bir xəbər qarşılayır. Çox keçmədən Arun Aşanın da həyatda olduğunu və onu axtardığını öyrənir.
1989-cu il Hindistan istehsalı olan «Paraya Ghar» dram filminin rejissoru Kalpatarudur. Ekran əsərinin baş rollarında Rişi Kapur, Caya Prada, Rac Babbar və Madhavi çəkiliblər.
«Paraya Ghar» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın