
Asha Jyoti
Məşhur musiqiçi Dipak Kəşmirdən olan sadə bir qız — Coti ilə tanış olur. Onları musiqiyə bəslədikləri sevgi və səmimi hisslər bir araya gətirir, beləliklə gənclər evlənməyə qərar verirlər. Lakin Dipakın atası ilə onun iş adamı olan dostunun başqa planları var; onlar uşaqlarını çoxdan bəri bir-biri ilə evləndirmək niyyətindədirlər. Buna baxmayaraq, gənc ifaçı ona vurğun olan zəngin Aşaya heç bir maraq göstərmir.
Tezliklə Dipak atasının hamıdan gizlətdiyi ikinci bir ailəsi, bir arvadı və qızının olduğunu öyrənir. Atasının səhvlərini düzəltməyə çalışan gənc musiqiçi şəxsi səadətini qurban verir və oxşar tale ilə üzləşir. Cotini birdəfəlik itirdiyini düşünən Dipak sonda inadkar Aşa ilə ailə qurur.
1984-cü ildə çəkilmiş «Asha Jyoti» filmi Hindistan istehsalı olan ailəvi melodramdır. Ekran əsərinin rejissoru Naryana Rao Dasari, baş rol ifaçıları isə Raceş Khanna, Rina Roy, Rekha və Madan Puridir.
«Asha Jyoti» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 may 1984
- Ölkə
- Hindistan
- Rejissor
- Narayana Rao Dasari
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Индийское кино
- Müddət
- 142 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın