
Saajan Bina Suhagan
Gənc Aşa xaricdə tibb təhsili alan sevgilisi Rac Kumarın yolunu səbirsizliklə gözləyir. Lakin ölüm ayağında olan atası ondan dostunun oğlu Qopal Çopra ilə evlənməyi tələb edir. Valideyninin son arzusunu tapdalaya bilməyən qız bu izdivaca razılıq verir və zaman keçdikcə onların bu nikahdan üç qız övladı dünyaya gəlir.
İllər sonra Qopal çarəsiz xəstəliyə tutulduğunu öyrənir. Doğmalarını kədərdən və iztirablardan qorumaq üçün o, həqiqəti gizlədərək ailəsini tərk edir. Çox keçmədən artıq böyümüş qızların və Aşanın qarşısına tanınmış həkim kimi fəaliyyət göstərən Rac yenidən çıxır.
1978-ci ildə çəkilmiş «Saajan Bina Suhagan» ailəvi dram filminin rejissoru Savan Kumar Takdır. Ekran əsərində əsas rolları Nutan, Vinod Mehra, Şriram Laqu və Kasturi Bartake canlandırıb.
«Saajan Bina Suhagan» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1978
- Ölkə
- Hindistan
- Rejissor
- Savan Kumar Tak
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Bollywood HD
- Müddət
- 132 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın