
Ağıl məbədi
Taksi sürücüsü Dipak kiçik bacısı Lakşmi ilə birgə sadə bir ömür sürür. Çox keçmədən o, xeyirxah Krişna ilə ailə qurur və onun qardaşı Ramunu da doğması kimi qəbul edir. Dipak bacısının gələcəyini düşünərək onu varlı zərgərin oğlu, həkim Şankar ilə evləndirmək qərarına gəlir.
Lakin elçilik zamanı Lakşminin hamilə olduğu üzə çıxır və bütün planlar alt-üst olur. Uşağın atasının Ramu olduğu məlum olanda Dipak qəzəblənərək qaynını evdən qovur. Küçəyə düşən Ramu avtomobil qəzasına uğrayır. Bu bədbəxt hadisə ailəni dağıdır: Lakşmi evi tərk edir, Krişna doğuş zamanı həyatını itirir və Dipak qucağında körpə oğlu ilə tək qalır.
Hindistan istehsalı olan «Man Mandir» dram filmi 1971-ci ildə nümayiş olunub. Ekran əsərinin quruluşçu rejissoru Tapi Çanakyadır. Əsas rolları Vahida Rəhman, Sanciv Kumar, Sudeş Kumar və Devid Abraham canlandırıblar.
«Ağıl məbədi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1971
- Ölkə
- Hindistan
- Rejissor
- Tapi Çanakya
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Nastia
- Müddət
- 142 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın