
Ağ göyərçin
Uğurlu sahibkar Racan yüksək gəlir gətirən «Ağ göyərçin» adlı kibrit fabrikinə rəhbərlik edir. Varlı və əliaçıq olan bu insan ehtiyacı olanlara təmənnasız dayaq durur. Lakin sevincli günlər kədərlə əvəzlənir: həyat yoldaşı qızını dünyaya gətirərkən vəfat edir, bir neçə il sonra isə qızı da faciəvi surətdə həyatını itirir.
Ailə dərdi ilə yanaşı, Racanın işləri də tənəzzülə uğrayır. Çoxlu sərmayə yatırdığı şirkət müflis olur, anbarlardakı xammal isə yararsız hala düşür. Vəziyyəti daha da çətinləşdirən amil keçmiş işçisi Çanderin yeni texnologiyalarla «Qartal» adlı rəqib kibrit fabriki açması olur. Nəticədə Racanın istehsalatı tab gətirmir və o, hər şeyini itirir.
1974-cü ildə çəkilmiş «Ağ göyərçin» Hindistan istehsalı ailəvi dram filmidir. Ekran əsərinin quruluşçu rejissorları R. Krişnan və S. Pancu, baş rol ifaçıları isə Sanciv Kumar, Şarmila Taqor, Vinod Mehra və Aruna İranidir.
«Ağ göyərçin» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1974
- Ölkə
- Hindistan
- Rejissor
- R. Krişnan, S. Pancu
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Zee TV
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 133 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın