
Dəlicəsinə kədərli şahzadə
Qonşu dövlətlərin hökmdarları ölkələri arasında daimi sülh yaratmaq məqsədilə övladlarını evləndirmək qərarına gəlirlər. Lakin gənclər valideynlərinin planlarına tabe olmaq istəmir və toy ərəfəsində bir-birlərini gizlicə görməyə çalışırlar. Sadə libas geyinərək tanış olan şahzadələr əsl kimliklərindən xəbərsiz şəkildə bir-birlərinə vurulurlar.
Məcburi nikahdan yayınmaq istəyən qız özünü son dərəcə kədərli göstərməyə başlayır. Hətta Çarli Çaplinin filmləri belə onun üzünü güldürə bilmir. Çıxılmaz vəziyyətdə qalan kral qızını güldürməyi bacaran bir xilaskar axtarışına çıxır.
«Dəlicəsinə kədərli şahzadə» musiqili komediya filmi 1968-ci ildə Çexoslovakiyada rejissor Borjivoy Zeman tərəfindən çəkilib. Baş rolları Helena Vondraçkova, Vatslav Netskarj, Boquş Zaqorski və Yaroslav Marvan canlandırıblar.
«Dəlicəsinə kədərli şahzadə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 iyun 1968
- Ölkə
- Çexoslovakiya
- Rejissor
- Borjivoy Zeman
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Andi999
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın