
Nənə
Raca Pratap ilə Kraliça Ana arasında illərlə davam edən nifaq ailəni dağıdır. Hamilə həyat yoldaşının qardaşına və maharaniyə dəstək verdiyini düşünən hökmdar onu qapıdan qovur, körpə dünyaya gəldikdən sonra isə oğlunu gizlicə qaçırır. Dayə tapmaqda çətinlik çəkən ata Parvatini geri qaytarmaq məcburiyyətində qalır. Qadın isə evə kimsəsiz hesab edilən başqa bir uşaqla qayıdır.
Pratapın narazılığına baxmayaraq, hər iki oğlan bir yerdə böyüyür və mehriban qardaş kimi yaşayırlar. İllər keçir, Şankar tələbə qız Simaya, Samu isə kənd gözəli Saqunaya vurulur. Hər kəs bu evliliklərin əleyhinə çıxır. Çox keçmədən məlum olur ki, Samunun əsl kimliyi fərqlidir və o, Kraliça Ananın nəvəsidir. Ərinin əlində silah görən Parvati iyirmi ildir saxladığı sirri açmağa məcbur qalır.
«Daadi Maa» adlı Hindistan filmi 1966-cı ildə rejissor L.V. Prasad tərəfindən çəkilib. Baş rollarda Aşok Kumar, Bina Ray, Dilip Rac və Mumtaz çəkiliblər.
«Nənə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1966
- Ölkə
- Hindistan
- Rejissor
- L.V. Prasad
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Bollywood HD
- Yaş
- 0+bütün tamaşaçılar üçün
- Müddət
- 168 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın