
Məşqçi
Gənc mütəxəssis İnnokenti Sosnovski Sibirin balaca şəhərinə gələrək yerli oğlanlara akrobatika dərsləri keçməyə başlayır. O gözəl anlayır ki, yetirmələrinin heç də hamısı gələcəkdə çempion olmayacaq və ya idmanda qalmayacaq. Müəllim üçün ən başlıcası uşaqlara qayğı göstərmək və onların ləyaqətli bir insan kimi böyüməsinə təkan verməkdir.
Şagirdlərinin öz güclərinə inanması üçün idman rəhbəri cəsarətli bir addım atır. O, məsuliyyətli yarışlarda güclü idmançıları bu uşaqlarla əvəz edir. Məşqçinin atdığı bu riskli addım tamamilə özünü doğruldur və gözlənilən nəticəni verir.
«Məşqçi» ailəvi idman dramı 1970-ci ildə SSRİ-də rejissor Yakov Bazelyan tərəfindən lentə alınıb. Filmdə əsas rolları Valeri Rıjakov, Dmitri Sosnovski, Andrey Xarıbin və Sergey Yevsyunin canlandırıb.
«Məşqçi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 16 mart 1970
- Ölkə
- SSRİ
- Rejissor
- Yakov Bazelyan
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 84 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın