
Maks Kiblın böyük addımı
Yeddinci sinif şagirdi Maks ailəsinin başqa yerə köçəcəyini öyrənəndə hədsiz sevinir. O, nəhayət məktəbdə onu incidən xuliqan dəstəsindən və can sıxan direktordan birdəfəlik yaxa qurtaracağını düşünür. Şəhərdən getməyə cəmi bir həftə qalması isə yeniyetməyə ağlasığmaz plan qurmaq üçün əla fürsət yaradır.
Cəzasız qalacağına inanan Maks illərlə ona rahatlıq verməyən hər kəsdən intiqam almağa başlayır. Qisas planları uğurla həyata keçsə də, gözlənilməz bir xəbər hər şeyi alt-üst edir: ailənin köçməsi ləğv olunur. Dəcəl məktəbli qurduğu tələlərin nəticələri ilə eyni sinifdə üzləşməli olur.
ABŞ istehsalı olan «Max Keeble's Big Move» komediya filmi 2001-ci ildə ekranlara çıxıb. Rejissor Tim Hillin çəkdiyi filmdə baş rolları Aleks D. Lints, Larri Miller, Ceymi Kennedi və Zena Qrey canlandırıblar.
«Maks Kiblın böyük addımı» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın