
Ebiqeyl
Gənc Ebiqeylin yaşadığı şəhər sirli xəstəliyin yayılması səbəbindən uzun illərdir xarici aləmdən təcrid olunub. Qızın altı yaşı olanda atasının da bu xəstəliyə yoluxduğu elan edilib və səlahiyyətlilər onu ailəsindən ayırıb. İllər keçsə də, Ebi atasını tapmaq ümidini itirmir və qoyulan qadağalara qarşı çıxmağa cəsarət edir.
Atasının izinə düşən qəhrəman şəhərin əslində sehrlə dolu olduğunu və bu gerçəyin insanlardan gizlədildiyini anlayır. Qadağaların arxasındakı həqiqət üzə çıxdıqca Ebiqeyl özündə də fövqəltəbii sehrli qabiliyyətlərin oyandığını hiss edir.
«Ebiqeyl» fantastik macəra filmi 2019-cu ildə Rusiyada çəkilib və rejissoru Aleksandr Boquslavskidir. Ailəvi ekran əsərinin baş rollarını Tinatin Dalakişvili, Eddi Marsan, Artyom Tkaçenko və Ravşana Kurkova canlandırıb.
«Ebiqeyl» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 avqust 2019
- Ölkə
- Rusiya
- Rejissor
- Aleksandr Boquslavski
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər), Dublyaj, Orijinal
- Yaş
- 6+6 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 110 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın