
Göyqurşağı döyüşçüləri
1940-cı ildə İngiltərədə baş verən bombardman vaxtı səkkiz kimsəsiz uşaq sığınacaq evinin zirzəmisində qalır. Tərbiyəçi miss Şou balacaları təhlükə qorxusundan uzaqlaşdırmaq üçün onlara sehrli bir nağıl oxuyur. Uşaqlar dinlədikləri hekayə vasitəsilə xəyallarında Qaranlıq və İşığın qarşılaşdığı əfsanəvi adaya yollanırlar.
İki ziddiyyətli qüvvənin birləşməsindən dünyanı parlaq çalarlara bürüyən yeddi rəng — göyqurşağı döyüşçüləri doğulur. Lakin İşıq tərəfindən tərk edilən Qaranlıq qəzəblənərək öz övladlarını məhv etmək və aləmi yenidən zülmətə qərq etmək qərarına gəlir. Yeddi qəhrəman isə ana qaranlığın gətirdiyi fəlakətə qarşı durmaq məcburiyyətində qalır.
Böyük Britaniya istehsalı olan musiqili fentezi filmi «Iris Warriors» rejissor Roydon Turner tərəfindən 2021-ci ildə ekranlaşdırılıb. Baş rollarda Cessika Braun-Findli, Cindy Okkers, Sven-Eric Muller və Henk Opperman çəkiliblər.
«Göyqurşağı döyüşçüləri» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 yanvar 2022
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Roydon Turner
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 80 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın