
Təkrar Toy
Ebbi ilk evlilik mərasimi uğursuz olan cütlüklər üçün təkrar toylar təşkil edən xüsusi agentlik işlədir. Günlərin bir günü onun yanına əmisi qızı müraciət edir. O, ərinin ordudan qayıdışını qeyd etmək üçün yenidən gözəl bir məclis qurmaq istəyir.
Bütün xərcləri isə bəyin qardaşı Piter öz üzərinə götürür. Məsələ burasındadır ki, Piter Ebbinin keçmiş sevgilisidir və onlar vaxtilə məhz uğursuz keçən toya görə ayrılmışdılar. İndi isə keçmiş aşiqlər birlikdə çalışaraq bu tədbiri hazırlamaq məcburiyyətində qalırlar.
«The Wedding Do Over» adlı ailəvi filmi rejissor V.D. Hoqan çəkib. ABŞ istehsalı olan bu ekran işi 2018-ci ildə işıq üzü görüb. Baş rollarda Nikol Geyl Anderson, Parker Yanq, Karissa Steypls və Alişa Veynrayt çəkiliblər.
«Təkrar Toy» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 fevral 2018
- Ölkə
- ABŞ
- Rejissor
- V.D. Hoqan
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın