
Makuko
On bir yaşlı Satoşi isti bulaqları ilə tanınan kiçik kurort qəsəbəsində böyüyür və ailəsinə məxsus mehmanxanada vaxt keçirir. Yeniyetməlik dövrünə yenicə qədəm qoyan oğlan böyüməkdən qorxur və daxili narahatlıqlar yaşayır. Üstəlik, atasının ailəyə qarşı laqeyd münasibəti və xəyanəti də uşağın vəziyyətini daha da çətinləşdirir.
Qəsəbəyə Kozue adlı sirli qızın gəlişi hər şeyi dəyişir. Qızın anası Satoşigilin mehmanxanasında işə düzəlir, özü isə onunla eyni sinifdə oxumağa başlayır. Kozue oğlana xüsusi maraq göstərir və tezliklə ona inanılmaz bir sirr açır: o, Yer kürəsinə başqa bir planetdən gəlib.
Rejissor Keiko Tsuruokanın çəkdiyi «Makuko» adlı yapon fantastik filmi 2019-cu ildə təqdim olunub. Ailəvi dram elementləri daşıyan layihədə əsas rolları Hikaru Yamazaki, Ninon, Hashimoto Atsushi və Risa Sudo canlandırıblar.
«Makuko» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 mart 2019
- Ölkə
- Yaponiya
- Rejissor
- Keiko Tsuruoka
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 108 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın