
Zaman səyahətçiləri
1908-ci ildə ixtiraçı Cosayya O'Nil dünyasını dəyişmiş həyat yoldaşını xilas etmək ümidi ilə zaman maşını hazırlayır. Atalarının keçmişə yollandığını zənn edən dörd yeniyetmə oğlu onun ardınca getməyə çalışır. Lakin buraxılan səhv səbəbindən onlar bir əsrdən çox irəliyə atılaraq XXI əsrə düşürlər.
Özləri üçün tamamilə yad olan müasir cəmiyyətə qədəm qoyan gənc musiqiçilər yeni həyat tərzinə uyğunlaşmağa məcbur qalırlar. Qardaşlar həm bu qəribə mühitlə ayaqlaşmalı, həm də 1908-ci ildəki doğma evlərinə qayıtmağın bir yolunu axtarıb tapmalıdırlar.
2023-cü il istehsalı olan bu ABŞ ailə filminin rejissoru Rendoll Terridir. «Time Boys» ekran əsərində baş rolları Rendi Terri, Maykl Terri, Castin Terri və Killian Terri canlandırıblar.
«Zaman səyahətçiləri» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2023
- Ölkə
- ABŞ
- Rejissor
- Rendoll Terri
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın