
Döz, Karl!
1930-cu illərin ortalarında Berlin nasist rejiminin nəzarəti altına keçir. Fəhlə ailəsindən olan on yaşlı Karl üçün məktəb tətili başlayır. Lakin atası kommunist olduğu üçün faşistlər tərəfindən öldürülən bu oğlan doğma küçəsindən uzaqlaşa bilmir. Artıq həyatın sərt üzü ilə qarşılaşan azyaşlı Karl təhlükələrin hər an onu izlədiyini yaxşı anlayır.
Nasistlərin qurduğu gizli planlarda uşağın xəbəri olmadan ona böyük bir yer ayrılır. Qarşıda Karlı ağır sınaqlar gözləyir. Bu mürəkkəb vəziyyətdən çıxmaq üçün ondan cəsarət, dözümlülük və böyük ehtiyatlılıq tələb olunur.
Ailəvi və macəra janrında olan «Karlchen, durchhalten» filmi 1979-cu ildə Şərqi Almaniyada ekranlaşdırılıb. Ekran əsərinin rejissoru Ziqfrid Hartmanndır. Əsas obrazları Katya Parvla, Olaf Şmexel, Rozmari Berhold və Gerhard Binert canlandırıb.
«Döz, Karl!» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 iyun 1979
- Ölkə
- Almaniya (ADR)
- Rejissor
- Ziqfrid Hartmann
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 97 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın