
Layihə: Milad üçün küçüklər
«Project: Puppies for Christmas» filmi analarını itirdikdən sonra yaxın dost olan Peyton və Aleks haqqındadır. Qızlar bir it sahibi olmağı arzulayırlar, lakin ailələrinin vəziyyəti buna imkan vermir. Odur ki, rəfiqələr Şaxta babanın onlara bala itlər bəxş etməsi üçün yaxşılıq etmək qərarına gəlirlər.
Onlar öz xeyirxahlıq layihəsi kimi qaraqabaq qonşuları Deniel Niluoterə bayram ovqatı bəxş etməyi seçirlər. Qızlar qocanın qəlbini yumşaltmağa çalışarkən həmin deyingən qonşunun əslində yerə göndərilmiş bir mələk olduğundan xəbərsizdirlər.
ABŞ istehsalı olan bu ailəvi filmin rejissoru Den Ouensdir və layihə 2019-cu ildə işıq üzü görüb. Baş rolları Con Ratsenberger, Devid Qoril, Morqan E. Bastin və Piper Sher ifa ediblər.
«Layihə: Milad üçün küçüklər» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın