
Xeyirxahlıq önəmlidir
Tənha həyat sürən Hadson insanlardan uzaq durmağa adət edib. Bir gün o, zibil qutularının yanında kimsəsiz qalmış kiçik bir küçüyə rast gəlir və onu evinə götürməyə qərar verir. Yeni dostun peyda olması onun günlərini xeyli dəyişir, lakin təbiət qoynuna gəzinti zamanı it qəflətən qaçaraq gözdən itir.
İtkin düşən dördayaqlını bu dəfə Linkoln adlı azyaşlı uşaq tapır. Nitqində qüsur olan bu uşaq həmyaşıdlarının lağlağıları ilə üzləşir və təkliyə çəkilir. Zəngin təxəyyülə sahib balaca oğlan üçün tapdığı bu küçüк əsl sirdaşa çevrilir, bu əsnada isə Hadson hər yerdə öz itini axtarmağa davam edir.
«Kindness Matters» adlı ailəvi dram filminin rejissoru Kreyq Makmahondur. 2018-ci ildə ABŞ-da istehsal olunmuş ekran əsərində baş rolları Ketlin Benner, Syuzann Makqoun Braun, Reyn Hartman Forsberq və Aaron Cinn-Forsberq canlandırıb.
«Xeyirxahlıq önəmlidir» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 26 may 2018
- Ölkə
- ABŞ
- Rejissor
- Kreyq Makmahon
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın