
A Moving Romance
Nyu-Yorkda interyer dizayneri vəzifəsindən məhrum olan Oliviya Vilson Kaliforniyadakı doğma şəhərinə qayıtmaq qərarına gəlir. O, işini itirdiyini atasından gizlədir. Evə çatdıqda isə qız ailəsinə məxsus köçürülmə xidməti göstərən şirkətin ciddi maliyyə çətinlikləri çəkdiyini və rəqabətə tab gətirə bilmədiyini görür.
Şirkəti böhrandan çıxarmaq istəyən Oliviya iş prosesinə qoşulur. Burada o, firmanın rəhbərliyinə keçməyi planlaşdıran və gənc qadının gəlişindən narazı qalan menecer Skottla üz-üzə gəlir. İflasın qarşısını almaq üçün tərəflər rəqabəti bir kənara qoyaraq birlikdə çalışmağa məcbur olurlar.
ABŞ istehsalı olan bu ailəvi film 2017-ci ildə nümayiş olunub. Ekran əsərinin rejissoru V.D. Hoqandır, baş rolları isə Embir Çilders, Kiqen Allen, Cim O'Heyr və Romi Rouzmont canlandırıblar.
«A Moving Romance» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 fevral 2017
- Ölkə
- ABŞ
- Rejissor
- V.D. Hoqan
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın