
Epiphany
Gənc Luka süngər ovçularından ibarət yunan icmasında əmisi Piter və xalasının himayəsində böyüyüb. Xalasının vəfatından sonra ailə çətin günlər keçirməyə başlayır: əmisi itkinin kədərinə qərq olur, ailənin dolanışıq sahəsi isə iflas təhlükəsi ilə üzləşir. Belə bir vaxtda qız indiyədək ondan uzaq duran atası Teo ilə münasibət qurmağa çalışır.
Nizam-intizam qaydalarını pozduğuna və pul oğurladığına görə yerli keşiş Lukanı qocalar evinə göndərir. Cəza olaraq oradakı yaşlı insanlara kitab oxumaq tapşırığı alan qız Kreb Eppl ləqəbli qaraqabaq bir qocayla rastlaşır. Bu ahıl şəxslə qurduğu ünsiyyət ailəsinin keçmişindəki örtülü sirlərin üzə çıxmasına gətirib çıxarır.
ABŞ istehsalı olan «Epiphany» dram filmi 2019-cu ildə işıq üzü görüb. Ekran əsərinə Kula Sossiadis Kazista və Katina Sossiadis rejissorluq edib. Əsas rollarda Keytlin Karmaikl, Aleks Dimitriades, Corc Corciu və Bert Yanq çəkiliblər.
«Epiphany» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 aprel 2019
- Ölkə
- ABŞ
- Rejissor
- Kula Sossiadis Kazista, Katina Sossiadis
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın