
Kidnep
Varlı ailənin yeganə övladı olan Bo İsveçrədə yerləşən xüsusi pansionatda təhsil alır. Elə həmin vaxt bəxti gətirməyən fırıldaqçı Fred Bakker çətin vəziyyətə düşür. Təhlükəli cinayətkarın ona qorumaq üçün verdiyi külli miqdarda pulu qumarda uduzan Fred borcunu bağlamağın yollarını axtarır.
Vəziyyətdən çıxış yolu kimi o, varlı ailənin uşağını qaçırmağı planlaşdırır və Bonu girov götürür. Lakin gözlənilməz hadisələr planları tamamilə dəyişir. Təhlükəli cinayət hadisəsi fonunda oğurlanmış uşaqla onu qaçıran adam arasında qəribə bir dostluq yaranır.
Ailəvi macəra filmi olan «Kidnep» 2015-ci ildə Niderland, Avstriya və Belçikanın birgə istehsalı ilə çəkilib. Ekran əsərinin quruluşçu rejissoru Diderik Ebbinge, baş rolların ifaçıları isə Martin van Vardenberq, Teun Stokkel, Rut Bekar və Steven van Vatermölendir.
«Kidnep» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 aprel 2015
- Rejissor
- Diederik Ebbinge
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Həvəskar birsəsli
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın