
Şahzadə və kor dəmirçi
Hökmdar qəfil ağır xəstəliyə düçar olduqda, onun yeganə qızı Mixaela atasını xilas etmək qərarına gəlir. Dərdə şəfa verən sehrli Svaroq tacı barədə eşidən şahzadə sarayı gizlicə tərk edərək axtarışa yollanır. Yolüstü atını nallamaq və qılıncını itiləmək üçün bir emalatxanaya dönən qız burada gözdən əlil, lakin xeyirxah dəmirçi Martinlə rastlaşır.
Çox keçmədən Mixaelanın izi qəflətən itir və o, yoxa çıxır. Şahzadənin başına bədbəxtlik gəldiyini anlayan cəsur sənətkar təhlükəli yola çıxaraq onu tapmaq niyyətinə düşür. Beləliklə, görmə qabiliyyətindən məhrum Martin dostunu xilas etmək naminə naməlum səfərə başlayır.
«Şahzadə və kor dəmirçi» (O zakletém králi a odvázném Martinovi) filmi 2018-ci ildə Çexiya və Slovakiya kinematoqrafçılarının birgə əməyi ilə ərsəyə gəlib. Ailəvi fantastik nağılın rejissoru Peter Bebyakdır. Baş rolları Riçard Otner, Simona Kollarova, Tomas Mastalir və Lukaş Vatsulik canlandırıblar.
«Şahzadə və kor dəmirçi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 24 dekabr 2018
- Rejissor
- Peter Bebyak
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 80 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın