
Lessinin oğlu
İkinci Dünya müharibəsi dövründə yetkinlik yaşına çatan Co Kerraklaf Britaniya Hərbi Hava Qüvvələrinə xidmətə yollanır. Bu vaxt onun Yorkşirdəki ailəsi ordu üçün itlər hazırlayır və həmin heyvanların arasında məşhur kolli Lessinin balası Leddi də böyüyür. Sahibindən ayrı qala bilməyən köpək hərbi hissəyə qaçır və gizlicə bombardmançı təyyarəyə daxil olur.
Döyüş tapşırığı zamanı təyyarə vurulur, nəticədə Co və Leddi işğal altındakı Norveç ərazisinə paraşütlə enməyə məcbur qalırlar. Düşmən arxasında yaralanan gənc təyyarəçi ilə onun sadiq dördayaqlı dostu bir-birini itirirlər.
ABŞ istehsalı olan «Son of Lassie» macəra filmi 1945-ci ildə ekranlara çıxıb. Rejissor S. Silvan Saymonun çəkdiyi ekran əsərində baş rolları Piter Louford, Donald Krisp, Cun Lokhart və Naycel Brüs canlandırıblar.
«Lessinin oğlu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 aprel 1945
- Ölkə
- ABŞ
- Rejissor
- S. Silvan Saymon
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın