
Mənim anam tutuquşudur
On bir yaşlı Xuana qohumlarının heyvanlara çevrilmək kimi qeyri-adi bacarığa malik olduğunu uzun müddət bilmir. Gizli saxlanılan bu sirr gözlənilməz hadisə nəticəsində açılır: qızın anası tutuquşuya çevrilir və sərbəst şəkildə əvvəlki insan cildinə qayıda bilmir.
Ananı xilas etmək üçün cəmi üç gün vaxt var, əks halda o, ömrünün sonunadək quş cildində qalacaq. Yaranmış vəziyyətdən çıxış yolu tapmaq istəyən balaca Xuana ailə üzvləri və məktəb yoldaşları ilə əl-ələ verərək hərəkətə keçir.
2017-ci ildə ekranlara çıxan «Mənim anam tutuquşudur» ailəvi filminin rejissoru Martin Musarradır. Argentina istehsalı olan bu ekran əsərində baş rolları Valentina Markone, Adrian Qaravano, Qabriel Paes və Nataliya Senyorales canlandırıblar.
«Mənim anam tutuquşudur» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2017
- Ölkə
- Argentina
- Rejissor
- Martin Musarra
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 80 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın