
Ev alt-üst
İri tikinti şirkətinin rəhbəri Borisov əyləncə parkı salmaq məqsədilə uşaq evinin yerləşdiyi torpaq sahəsini ələ keçirmək istəyir. Təhsil müəssisəsinin direktoru isə himayəsində olan uşaqlarla birlikdə binanı qorumaq üçün mübarizəyə başlayır.
Niyyətindən əl çəkməyən iş adamı qəliz məsələlər üzrə mütəxəssis Poluninanı və karyerist Çijikovu işə cəlb edir. Çijikovun tutduğu cinayətkarlar vəziyyəti daha da pisləşdirərək Borisov üçün yeni problemlər yaradır. Həmin ərəfədə uşaq evinə saxta yolla bədən tərbiyəsi müəllimi kimi düzələn Polunina müəssisəni daxildən sarsıtmağa çalışır.
Rusiyada istehsal olunmuş «Ev alt-üst» ailəvi komediyasının quruluşçu rejissoru Mixail Malinindir. Əsas rolları Anton Batırev, Elena Sever, Aleksandr Samoylenko və Mixail Yevlanov canlandırıblar.
«Ev alt-üst» onlayn izlə
Bu videonu artıq əlavə edirik. Çoxdan gözləyirsinizsə — bizə bildirin.
Film haqqında
- Buraxılış tarixi
- 14 yanvar 2027
- Ölkə
- Rusiya
- Rejissor
- Mixail Malinin
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın