
Atanın lütfü
Güclü qış fırtınası zamanı baş verən avtomobil qəzası dindar fermer Lyuk Makkenzinin həyat yoldaşının həyatına son qoyur. İtkidən sonra başqalarından asılı qalmaq istəməyən ailə başçısı uşaqları ilə birgə Florida ştatına köçməyə qərar verir. Məqsədi isə dünyasını dəyişən xanımının arzusunu gerçəkləşdirərək orada şəxsi ranço qurmaqdır.
Lakin yeni həyat qurmaq planı ailə daxilində hamı tərəfindən birmənalı qarşılanmır. Böyük oğul Ceykob atasının bu niyyətini dəstəkləmir, ailədən ayrılaraq öz yolu ilə getməyi üstün tutur.
ABŞ istehsalı olan «Atanın lütfü» (Grace of the Father) dram filmi 2023-cü ildə təqdim edilib. Ekran əsərinin rejissoru De Millerdir, əsas obrazları isə Darren Dollar Dauler, İzabel Mayers, Rayan Karter və Syuzanna Li canlandırıb.
«Atanın lütfü» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın