
Super ata
Tom səkkiz yaşı tamam olan oğlu Qabiyə «Balaca şahzadə» kitabını hədiyyə etmək istəyir. Təsadüf nəticəsində o, eyni üz qabığına malik içi bomboş bir dəftər alır. Vəziyyətdən çıxış yolu axtaran ata oğluna bunun sehrli bir kitab olduğunu və ora yazılan hər bir arzunun mütləq gerçəyə çevriləcəyini söyləyir.
Qabi atasının sözlərinə inanır və dərhal öz istəklərini səhifələrə köçürməyə başlayır. Beləliklə, Tom sirrin üstünü açmamaq üçün oğlunun ağlına gələn ən qəribə və ağlasığmaz arzularını belə təkbaşına yerinə yetirməyə məcbur olur.
2024-cü ildə ekranlara çıxan «Super papa» komediyasının rejissoru Lea Landodur. Fransa və Belçika istehsalı olan ailə filmində əsas rolları Əhməd Silla, İsmael Banqura, Zabu Braytman və Jülyen Pestel canlandırır.
«Super ata» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın