
Üç arzu
Cinn Holman iki oğlu ilə birlikdə avtomobillə gedərkən gözlənilmədən Cek MakKlaud adlı bir sərgərdanı vurur və onun ayağı sınır. Hadisədən sarsılan və peşmanlıq duyan qadın zərərçəkənə və onun Betti Ceyn ləqəbli itinə sağalana qədər öz evində qalmağı təklif edir.
İlk günlərin çətinliklərinə baxmayaraq, Cek tezliklə bu ailənin doğma üzvünə çevrilir. Koreya müharibəsində itkin düşmüş atasının yoxluğuna alışa bilməyən on bir yaşlı Tom Ceklə möhkəm bağ qurur və ondan beysbol oynamağı öyrənir. Balaca Qanni isə Ceklə itin adi canlılar olmadığına inanır və bu sirrin ardınca düşür.
«Üç arzu» (Three Wishes) adlı fentezi dramı 1995-ci ildə ABŞ-da rejissor Marta Kulic tərəfindən çəkilib. Filmdə əsas rolları Patrik Sueyzi, Meri Elizabet Mastrantonio, Cozef Matssello və Set Mumi canlandırıblar.
«Üç arzu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 oktyabr 1995
- Ölkə
- ABŞ
- Rejissor
- Marta Kulic
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli, Профессиональный (многоголосый закадровый)
- Müddət
- 115 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın