
Mermaid
Kaliforniyada yaşayan balaca Dezi atasını itirdikdən sonra bu kədərlə barışmağa çalışır. O, atasının ruhuna ünvanladığı məktublar qələmə alır. Yarmarkada üzərində Su pərisi təsviri olan hava şarı görən qızcığaz növbəti məktubunu ona bağlayaraq səmaya buraxır.
Bütün qitəni qət edən şar Kanadanın Şahzadə Eduard adasına qədər gedib çıxır. Orada ov edən Ueyd MakKinnon kağızı tapıb ailəsinə gətirir. Məktubdakı səmimi sözlər MakKinnon ailəsini dərindən duyğulandırır və onlar cavab yazmaq qərarına gəlirlər. Bu cavabdan sonra Dezinin qəlbində uzaq dostları ilə görüşmək arzusu yaranır.
«Mermaid» ailəvi dram filmini 2000-ci ildə ABŞ-da rejissor Piter Masterson çəkib. Əsas rolları Ellen Börstin, Samanta Metis, Codell Ferland və Devid Key canlandırıblar.
«Mermaid» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 may 2000
- Ölkə
- ABŞ
- Rejissor
- Peter Masterson
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Yaş
- 0+bütün tamaşaçılar üçün
- Müddət
- 94 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın