
Xəzinələr adası
Hadisələr 1765-ci ildə İngiltərənin qərb sahillərində cərəyan edir. Yeniyetmə Cim Hokins dul qalmış anası ilə birgə kiçik bir mehmanxanada yaşayır və ona kömək edir. Günlərin bir günü onların qonaq evinə keçmiş dəniz qulduru Billi Bons gəlir və otaq kirayələyir. Qonaq taxta ayaqlı bir adamın başçılığı ilə onu izləyən və öldürmək istəyən düşmənlərdən bərk qorxur.
Təhlükəni hiss edən pirat məşhur kapitan Flintdən oğurladığı sirli xəritəni qoruması üçün gənc Cimə etibar edir. Kağız parçasında dəniz quldurlarının basdırdığı böyük sərvətin yeri göstərilib. Bu hadisədən sonra yeniyetmə və dostları xəzinə axtarışı naminə naməlum sulara tərəf yola çıxırlar.
1934-cü ildə istehsal edilmiş bu macəra filmi ABŞ kinematoqrafçıları tərəfindən lentə alınıb. Layihənin rejissor kürsüsündə Viktor Fleminq əyləşib. Baş rolları Uolles Biri, Ceki Kuper, Layonel Berrimor və Otto Krüger canlandırıblar.
«Xəzinələr adası» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 17 avqust 1934
- Ölkə
- ABŞ
- Rejissor
- Viktor Fleminq
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Yaş
- 0+bütün tamaşaçılar üçün
- Müddət
- 110 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın