
Əgər balıqlar olsaydı
Üç göl krallığının hökmdarı şöhrətpərəst xanımına hədiyyə etmək üçün fövqəltəbii varlıqlardan sehrli «Balıq gözü» adlı əşyanı oğurlayır. Qisas almaq istəyən sehrli varlıqlar bütün məmləkəti lənətləyir və göllərdəki bütün balıqlar yox olur. Əsas dolanışıq mənbəyini itirən xalq bu fəlakətin ardından qiyama qalxır.
Yaranmış qarışıqlıqdan fürsət tapan hiyləgər oğru Nikdaş sehrli çubuğun köməyilə saraya soxulur və hakimiyyəti ələ keçirir. O, mövqeyini qanuniləşdirmək üçün şahzadə ilə evlənməyi planlaşdırır.
«Əgər balıqlar olsaydı» (Kdyby byly ryby) adlı ailəvi fantastik komediya filmini çexiyalı rejissor Yan Pruşinovski lentə alıb. 2014-cü ildə Çexiyada çəkilən ekran əsərinin baş rollarında Yaroslav Plesl, Cenovefa Bokova, Pavla Beretova və Lukaş Prikaski çıxış edir.
«Əgər balıqlar olsaydı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2014
- Ölkə
- Çexiya
- Rejissor
- Jan Pruşinovski
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Игмар
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın