
Yaren Leylek
Balaca Adəm ailəsinə yeni bir körpənin qatılacağı xəbərini qəbul etməkdə çətinlik çəkir. Valideynləri ilə birlikdə kəndə, nənə və babasının yanına gələn oğlan burada yeni mühitlə tanış olur. O, tezliklə qohumu Kərəm, onun dostu Dərya və kəndin simvoluna çevrilmiş Yaren adlı leyləklə səmimi dostluq qurur.
Bir gecə Adəm yuvadan düşən leylək yumurtasını xilas edir və bu addımına görə quşlara baxan İlyas ona qədim bir usturlab bağışlayır. Nənəsinin nağıllarına inanan balaca qəhrəman bu sehrli alətin hamilə anasına şəfa verəcək əfsanəvi dirilik suyuna («Ab-ı Həyat») yol göstərdiyini düşünür. Beləliklə, Adəm, dostları və leylək Yaren həmin gizli bulağı tapmaq üçün yola çıxırlar.
Türkiyə istehsalı olan «Yaren Leylek» macəra filmi 2024-cü ildə rejissor Onur Uzun tərəfindən ekranlaşdırılıb. Filmin əsas rollarında Meral Çetinkaya, Tarık Papuççuoğlu, Azra Aksu və Ayfer Kıratlı çəkiliblər.
«Yaren Leylek» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın